Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən oktyabrın 4-7-də Bakıda Türk Dövlətlərinin Birinci Kardioonkoloji Konqresi keçirilir. Konqresin növbəti günü 5 oktyabr Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda «E
05 Oktyabr 2024, 15:00 - Tədbirlər

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən oktyabrın 4-7-də Bakıda Türk Dövlətlərinin Birinci Kardioonkoloji Konqresi keçirilir.
Konqresin növbəti günü 5 oktyabr Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda «Exokardioqrafiya» adlı kurs öz işinə başlayıb.
Professor Tofiq Cahangirov, Səkinə Osmanova və Vəfa Məmmədrzayevanın moderlatorluğu ilə keçən kurs zamanı Kardiak törəmələrin exokardioqrafik dəyərləndirilməsi, Hipertrofik karfiomiopatiya, SAM sindromu məsələləri interaktiv şəkildə müzakirə edilib. Kurs Səhiyyə Nazirliyi tərəfindən 2 DTT olaraq qiymətləndirilib.
Aparıcı mütəxəssislərin iştirakı ilə baş tutan “EKQ” adlı kursda nümayişlər olunub. Kurs Səhiyyə Nazirliyi tərəfindən 3 DTT olaraq qiymətləndirilib. Kurs Ruslan Nəcəfov, Sədaqət Cabbarova və Telli İbrahimovanın moderatorluğu ilə keçib. Kurslara 200-dən artıq həkim qatılıb.
Beynəlxalq Konqres öz işini kurslar və elmi sessiyalarla davam etdirəcək.
Qeyd edək ki, Türk Dövlətlərinin Birinci Kardioonkoloji Konqresinin rəsmi açılış mərasimi oktyabrın 7-də keçiriləcək. Ümummilikdə konqres Səhiyyə Nazirliyi tərəfindən 30 DTT balı qiymətləndirilib.


Paylaş:
Baxış sayı: 35