Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
16 Mart 2023, 14:00 - İclaslar

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
Elmi Şuranın sədri, professor Gülnaz Dadaşova gündəlikdə duran məsələlər ilə şura üzvlərini tanış edib.
İclasda institut doktorantı İradə Əfəndiyevanın tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Ürəyin işemik xəstəliyi və arterial hipertenziya xəstəliyi olan qadınlarda qalxanabənzər vəzin funksionaı vəziyyəti” mövzusunda dissertasiya işininin ilkin müzakirəsi keçirilib.
Sonra Arterial hipertenziya şöbəsinin müdiri, professor Tofiq Cahangirov “Respublikamızda arterial hipertenziyanın skrininqi”mövzusunda çıxış edib.
İclas sonunda cari məsələlər üzrə müzakirələr aparılıb.


Paylaş:
Baxış sayı: 382