Teymur Musayev: Azərbaycan səhiyyəsi uzun illər ərzində xeyli nailiyyətlər əldə edib
17 İyun 2023, 14:00 - Mühüm tarixlər

“44 günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 44 tibb işçisi isə qəhrəmancasına şəhid olub”.
Bunu səhiyyə naziri Teymur Musayev Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışında söyləyib. O bildirib ki, son illərdə səhiyyənin maddi-texniki bazasının inkişaf etdirilməsi üçün genişmiqyaslı layihələr icra olunub:
“Əhalinin sağlamlığının qorunması hər zaman Ulu Öndər Heydər Əliyevin diqqətində olub. Səhiyyənin qurulması və inkişafında, yüksəkixtisaslı kadrların hazırlanmasında ulu öndərin danılmaz xidmətləri var. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində bu gün ölkəmiz hər sahədə inkişaf edir. Səhiyyə sahəsinin inkişafı da əsas hədəflərdəndir”.
Nazir vurğulayıb ki, Azərbaycan səhiyyəsi uzun illər ərzində xeyli nailiyyətlər əldə edib:
“Tibb sahəsində görülən işlər nəticəsində Azərbaycan malyariya təhlükəsi olan ölkələr siyahısından çıxarılıb. Ölkəmizdə vərəmlə xəstələnmə dinamikasında da azalma müşahidə olunur. Belə ki, 2005-ci ildə vərəmlə xəstələnmə göstəricisi 100 min nəfər üçün 43,7 idisə, hazırda bu rəqəm 25,3-dək azalıb. Bütün növ infeksiyalarla bağlı ölkəmizdə görülən tədbirlər sayəsində əhəmiyyətli nəticələr əldə olunub”.


Paylaş:
Baxış sayı: 473