Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
12 Dekabr 2023, 12:00 - İclaslar
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ilk öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan ETKİ-nun direktoru, professor Gülnaz Dadaşova qeyd edib ki, bu günlərdə xalqımız böyük azərbaycanlı, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirir, böyük şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Tədbirdə Ulu Öndərin mənalı ömür yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Anım mərasimində çıxış edən digər əməkdaşlar Heydə Əliyevin həyata keçirdiyi genişmiqyaslı tədbirlərin respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etdiyini və bu gün bu işlərin dövlətimizin başçısının cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində uğurla davam etdirildiyi diqqətə çatdırıblar.


Paylaş:
Baxış sayı: 235