Ümmümilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək günləri” keçirilir
20 May 2023, 10:00 - Tədbirlər
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən 19-21 may tarixlərində “Gülüstan” sarayında Ümmümilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək günləri” keçirilir.
Konqresə dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahlar qatılıb.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konqres iştirakçılarına müraciəti səsləndirilib.
Tədbirdə səhiyyə nazirinin müavini Rasim Ismayılov, İTS üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Vüqar Qurbanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və digər qonaqlar çıxış edib, ürək-damar xəstəliklərinin dünyada ölüm səbəblərinin başında gəldiyini diqqətə çatdırıb, ölkəmizdə kardiologiya sahəsində görülmüş işlərdən bəhs ediblər.
Tədbirin sessiyası Səhiyyə Nazirliyi ETKİ-nun direktoru, prof. Gülnaz Dadaşovanın sədriliyi ilə keçirilib.


Paylaş:
Baxış sayı: 314