VAKANSIYA - Gecə növbəsinə Reanimasiya, Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim-kardioloq
Tələblər: Qeyd edilən şöbələrdə ən azı 3-5 il əmək stajı
Həkim-kardioloq vəzifəsi üzrə tələb olunan sənədlərin siyahısı:
- şəxsiyyətini təsdiq edən sənəd;
- əsas (baza ali) tibb təhsili haqqında sənəd (diplom) (xarici dövlətlərin ali tibb təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
- xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
- sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
- əmək kitabçası (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
- elmi dərəcə və elmi ad haqqında dövlət sənədi (olduğu halda);
- xarici dil və kompüter biliklərini təsdiq edən sənəd (olduğu halda);
- seminar/konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).
Maraqlananlar CV-lərini hr@etki.az ünvanına göndərə bilərlər.