“Evdə qal, biz gəlirik” aksiyası
05 May 2020, 10:00 - Tədbirlər

Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən keçirilən və məqsədi əhalinin ən həssas təbəqəsinə, yəni 65 yaşdan yuxarı insanlara hərtərəfli tibbi yardım göstərmək olan “Evdə qal, biz gəlirik” kampaniyası çərçivəsində bu gün qocalar evində daha bir aksiya keçirildi. Yaşlı pasiyentlərə düzgün diaqnoz qoyulması və onlara lazımi müalicənin təyin edilməsi üçün kampaniyaya kardioloqlar, endokrinoloq, nevroloq, oftalmoloq, cərrah və qastroenteroloq kimi müxtəlif ixtisaslar üzrə həkimlər cəlb olunmuşdu. Milli-mənəvi dəyərlərə söykənən Azərbaycan xalqı yaşlı nəslə qayğını, hörməti bir adət-ənənə halına gətirmişdir və ET Kardiologiya İnstitutu tərəfindən keçirilən bu kampaniya bunun bariz nümunəsidir.
Eyni zamanda bizə dəstək olan 5 Nömrəli Şəhər Klinik Xəstəxanasının rəhbərliyinə və doktorlarına təşəkkürümüzü bildiririk.
Bugünkü tədbir mütəmadi olaraq bu tipli kampaniyalara ehtiyac olduğunu bir daha göstərdi və ET Kardiologiya İnstitutu belə aksiyaları davam etdirmək niyyətindədir.

Bu gün bu aksiyada bizə hərtərəfli dəstək olan “Servier Azərbaycan MMC” şirkətinə xususi minnətdarlığımızı bildiririk.


Paylaş:
Baxış sayı: 437