“Kardiologiya və Ürək-Damar cərrahiyəsində müasir metodlar” adlı beynəlxalq konfrans keçirildi
18 noyabr Ümummilli lider Heydər Əliyevin anadan olmasının l00 illiyinə həsr olunmuş “Kardiologiya və Ürək-Damar cərrahiyəsində müasir metodlar” adlı beynəlxalq konfrans keçirildi.
İlk olaraq Dövlət Himni səsləndirilikdən sonra Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən hazırlanmış Ümummilli Lider Heydər Əliyevə həsr olunan videoçarx nümayiş olundu və Ulu Öndərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Tədbirin açılışında çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova konfransın ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirdilər.
Birinci sessiya professor Gülnaz Dadaşova və Dr. Şahin Xəlilovun sədrliyi ilə davam etdi. Sessiya zamanı Dr. Yasmin Rüstəmova “Kardiyak görüntüləmə: üstünlüklər və potensial təhlükələr” və t.e.d. Rəşad Mahmudov “Ürəyin işemik xəstəliyi olan komorbid vəziyyətlərdə revaskularizasiya: hansı metod və nə üçün?” adlı mövzular ilə çıxış etdilər.
Məruzələr geniş və maraqlı debatlara səbəb oldu.
Tədbir 3 sessiya çərçivəsində keçirilib və 10 DTT balı ilə qiymətləndirilmişdir.
Çıxışlar ətafında geniş müzakirələr aparılıb, suallar cavablandırıldı.