“Kardiologiyada yeni çağırışlar – 2023” mövzusunda Beynəlxalq elmi konqres keçirilib
10 Dekabr 2023, 15:00 - Konfranslar

Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində “Kardiologiyada yeni çağırışlar – 2023” mövzusunda Beynəlxalq elmi konqres keçirilib.

Tədbirdə Türkiyədən aparıcı alimlər iştirak edirdi. Onların arasında EGE Universitetinin professoru, Dünya Ürək Çatışmazlığı Dərnəyinin baş katibi,International Journal of Cardiovascular Academy jurnalının redaktoru Mehdi Zoghi, Istanbul Aydin Universitetinin professoru Ayhan Olcay, Liv Hospitalının Ürək Katerizasiya və Angioqrafiya bölməsinin direktoru, prof. Alp Burak, Üskudar Universitetinin Tibb Fakültəsinin dekanı prof. Dr. Haydar Sur, Liv Hospitalının Kök Hüceyrə Mərkəzinin direktoru, prof. Erdal Karaöz yer almışdılar.


Paylaş:
Baxış sayı: 1705