Stress ürəyinizin sağlamlığına zərər verir.
Gündəlik yaşanan kiçik streslər insanı bədbinliyə, əsəbiliyə və yorğunluğa məruz qoyur. Stressin həcmi böyüdükcə psixologiyamıza mənfi təsirləri də eyni dərəcədə genişlənməyə başlayır. Yəni stress xronikiləşməyə başladıqda stress hormonları depressiya, panik atak kimi bir çox problemə, hətta yaddaş pozğunluğuna belə səbəb olur. Bu səbəbdən də stressimizi və əsəbimizi nəzarət altında saxlamağa çalışmalıyıq. Özümüzü pis hiss etdiyimizi anladığımız an təmiz havada edəcəyiniz bir gəzinti və ya bizi əsəbləşdirən düşüncələri böyütmək yerinə həll yolu tapıb beynimizdən atmağımız xronikiləşmənin qarşısını alacaqdır.