Cahangirov Tofiq Şahmur oğlu, 10 dekabr 1963-CÜ ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olub, 1981-Cİ ildə Saatlı rayon S. Vurğun adına l saylı orta məktəbi bitirmiş və həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1987-Cİ ildə həmin institutun müalicə-profilaktika fakultəsini bitirmişdir.
1991-Cİ ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir.
1991-Cİ ildən 1993-CÜ ilədək Rusiya Federasiyası Səhiyyə Nazirliyi A.l. Myasnikov adma Elmi-Tədqiqat Kardioloqiya İnstitutuna ezam olunmuşdur.1993-cü ilin dekabr ayında «Müxtəlif qrup dərman preparatları ilə müalicə zamanı xroniki ürək çatışmazlığı olan xəstələrdə sistola-diastolik əlaqənin dinamikası» mövzusunda «kardiologiya» ixtisası üzrə Moskva şəhərində A.L. Myasnikov adma Elmi-Tədqiqat Kardioloqiya İnstitutunun Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə etmişdir.
2006-cı il 28 fevral tarixində Rusiya Federasiyası Moskva Dövlət Tibbi- Stomatoloji Universitetin dissertasiya şurasında «Xroniki ürək çatışmazlığı və 2-ci tip şəkərli diabet; xəstələrin ümumi xarakteristikası, kliniki mənzərə, müalicənin problemləri və proqnozu» mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsini almışdır.
1994-cü ildə Akademik C.M Abdullayev adma Elmi - Tədqiqat Kardioloqiya İnstitutunun «ürək çatışmazlığı» şöbəsinin elmi işçisi; 1994-1997-ci illər ərzində isə institutun klinikasının baş həkimi işləyib. 1997-ci ildən 2019-CU ilə kimi Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun «Ürək Çatışmazlığı» şöbəsində- böyük elmi işçi, 2019-CU ildən hal-hazıra kimi “Arterial Hipertenziya” şöbəsinin rəhbəri; 1997-1998-ci tədris illərində Azərbaycan Tibb Universitetinin 2-ci daxili xəstəliklərin propedevtikası kafedrasında müəllim vəzifəsində; 2011-ci ildən etibarən isə Ə.Əliyev adma Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun «Kardiologiya» kafedrasında professor vəzifəsində çalışır.
100-dən artıq çap olunmuş işin, o cümlədən 3 monoqrafiyanın, 1 klinik protokolun və 1 dərsliyin müəllifidir.
Daimi olaraq müxtəlif ölkələrdə keçirilən simpozium və konqreslərin iştirakçısıdır.
Rusiyanın «Ürək çatışmazlığı üzrə mütəxəssislər cəmiyyətinin» və həmçinin «Ultrasəs diaqnostikası üzrə mütəxəssislər assosiasiyasının»; «Avropa Ürək Çatışmazlığı Assosiasiyasının)) üzvü və «Avropa Kardiologiya Cəmiyyətinin həqiqi üzvü (FESC). Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, Azərbaycan Kardilogiya Jurnalının redaktorudur.
Elmi fəaliyyəti ilə yanaşı kliniki fəaliyyətini inkişaf etdirmək məqsədi ilə dəfələrlə Moskva şəhərindəki Kardioloji Elmi Mərkəzdə və Rusiya Mərkəzi Kliniki Xəstəxanasında ixtisasartırma kurslarında olmuşdur.
Böyük elmi işçi, Elmi şöbə rəhbəri, klinisist kardiloq olmaqla yanaşı, ürək qan-damar sisteminin diaqnostikasında geniş istifadə olunan Dopplerexokardioqrafiya üzrə mütəxəssisdir.
Fəaliyyəti dövründə tibbi kadrların, tələbələrin, kursantların, rezidentlərin, dissertantların hazırlanmasında böyük əməyi olmuşdur.