Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya instututu 1979-cu ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə açılmışdır. Elmi-Tədqiqat Kardiologiya İnstitutuna akademik Cahangir Məmməd oğlu Abdullayevin adı verilmişdir. C.Abdullayev Əməkdar Elm xadimi fəxri adına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. Azərbaycan Tibb Universitetində “Akademik C.Abdullayev” adına təsis edilən təqaüd təhsildə fərqlənən əlaçı tələbələrə təqdim olunmuşdur.
Klinik bölmə
Akademik bölmə
Həkimlər
Pasiyentlər
Akademik C. Abdullayev adına Elmi – Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyi və kollektivinə öz təşəkkürümü bildirib demək istəyirəm ki, hazırda səhhətim yaxşıdır, özümü rahat hiss edirəm, daha da yaxşı olacağıma ümid edirəm. Sizə təşəkkür etməyi özümə borc bildim. Sizə işlərinizdə uğurlar arzulayıram.
Xanım Dadaşova! Cari ilin avqust ayının əvvəlindən bir həftə müdətində Sizin rəhbərlik etdiyiniz institutda müalicə olunmuşam. Müalicə olunduğum müddət ərzində həkimlər tərəfindən mənə qarşı yüksək diqqət və qayğı ilə yanaşılıb. Rəhbərlik etdiyiniz institutda bu gün xəstələrə qarşı diqqət və qayği nəzarətdə saxlanılır. Bütün bunlar Sizin rəhbərliyinizin səi nəticəsindədir. Başda siz olmaqla institutun bütün tibb heyətini, xüsusən Mahir həkimə, baş tibb bacısına Vəliyeva Azadə xanıma və digər tibb işçilərinə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.